Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, dünyanın 210 ölkəsində 2 407 439 nəfər koronavirusa yoluxub. Sağalanların sayı 625 mini keçsə də, ölənlərin sayı 166 minə yaxınlaşır.
Azərbaycana nəzər saldıqda görürük ki, virusdan sağalanların sayı aktiv xəstə sayını ötüb. Ölkədə 667 aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 19-nun vəziyyəti ağır, 26-nın orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 19 nəfər virus səbəbindən həyatını itirib, 712 nəfər sağalaraq evinə geri dönüb.
ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə 652 min aktiv xəstə var. İspaniya da koronavirusa yoluxma sayına görə İtaliya və Çini qabaqlayıb. Ölkədə yoluxma halı 200 minə yaxınlaşır. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 23 mini ötüb.
Qonşu Türkiyədə yoluxma sayı artıq 86 mindir. İranda da koronavirusdan sağalanların sayı aktiv xəstə sayından xeyli çoxdur. Ölkədə 57 min sağalmış, 20 min aktiv xəstə var.
“Qafqazinfo” qlobal pandemiya adlandırılan koronavirusun hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı video hazırlayıb.
Sözügedən videoçarxı təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər