Koronavirusla bağlı sayta haker hücumu olub

Koronavirusla bağlı sayta haker hücumu olub
Oxunma sayı: 3842

Koronavirusinfo.az saytına haker hücumu olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Qafqazinfo"ya verilən məlumata görə, bu gün saat 15:30 radələrində Operativ Qərargah tərəfindən yaradılmış www.koronavirusinfo.az məlumat portalına haker hücumu olub.

Texniki heyət tərəfindən hücumun qarşısı alınsa da, portalın fəaliyyətində bəzi texniki problemlər yaranıb.

Qısa müddətdə problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, hazırda portal normal iş rejimində fəaliyyətini davam etdirir.