Koronavirusla bağlı son rəqəmlər - Video

koronavirusla-bagli-son-reqemler
Oxunma sayı: 3696

Dünyanın 204 ölkəsində koronavirusa yoluxanların ümumi sayı 1 milyonu ötüb. Azərbaycanda isə 369 nəfər aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Onlardan 8 nəfərinin vəziyyəti ağır, digərlərinin səhhəti stabildir. İndiyə kimi 5 nəfər virus səbəbindən həyatını itirib, 26 nəfər isə sağalaraq evinə geri dönüb.

ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə 230 mindən çox aktiv  xəstə var. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 18 mini ötüb. Artıq İspaniya da yoluxma sayına görə İtaliyaya yaxınlaşır: 112 min. 

Qonşu Türkiyədə yoluxma sayı artıq 18 mini ötüb. 

“Qafqazinfo” qlobal pandemiya adlandırılan koronavirusun hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı növbəti videonu hazırlayıb. 

Sözügedən videoçarxı təqdim edirik: