Koronavirusdan sağalanların sayı 1 milyona çatır.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən dünyanın 210 ölkəsində 3 139 009 nəfər koronavirusa yoluxub. Onlardan sağalanların sayı 959 mini, ölənlərin sayı isə 218 mini keçib.
Azərbaycana nəzər saldıqda görürük ki, virusdan sağalanların sayı aktiv xəstə sayından təqribən 3 dəfə çoxdur.
Belə ki, ölkədə 474 aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 15-nin vəziyyəti ağır, 22-nin orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 22 nəfər virus səbəbindən həyatını itirib, 1221 nəfər sağalaraq evinə geri dönüb.
ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə yoluxma halı milyonu keçib. İspaniyada sağalanların sayında müsbət dinamika müşahidə olunur. Belə ki, Avropada ən çox sağalma halı bu ölkədədir: 124 min. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 27 mini ötüb.
Qonşu Türkiyədə yoluxma sayı artıq 115 minə çatır. İranda koronavirusdan sağalanların sayı hər ötən gün daha da artır. Ölkədə 73 minə yaxın xəstə sağalıb. Virusun eyni zamanda yayıldığı digər Avropa ölkələri ilə müqayisədə Almaniyada hazırda xeyli az, 33 min aktiv xəstə var.
“Qafqazinfo” qlobal pandemiya adlandırılan koronavirusun hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı video hazırlayıb.
Sözügedən videoçarxı təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər