Koronavirusla mübarizə üçün 2 günə böyük xəstəxana tamamlandı - Fotolar

koronavirusla-mubarize-ucun-2-gune-boyuk-xestexana-tamamlandi
Oxunma sayı: 6685

Çinin koronavirusla mübarizəsi davam edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, virusun mərkəzi hesab edilən Uhandan sonra ikinci təhlükəli şəhər hesab edilən Huanqqanqda 6 gün əvvəl tikintisinə başlanılan xəstəxananın inşası tamamlanıb. 7,5 milyon əhalisi olan şəhərdə xəstələrin sayı artdığından xəstəxana tikilməsi üçün təcili elan verilib və 1000 çarpayılıq binanın tamamlama işləri 2 günə başa çatıb. 

“Dabie Mountain” adı verilən xəstəxanaya infeksiyaya yoluxmuş xəstələr yerləşdirilb. Bina inşaat işçilərinin, sosial xidmət şirkətləri və polis məmurlarının dəstəyi ilə tamamlanıb. Könüllülər tərəfindən xəstəxanaya su, elektrik, internet çəkilişi təmin edilib. Ümumilikdə bu işdə 500-dən çox insanın əməyi olduğu bildirilir.

25 min kvadrat metr ərazidə tikilən bina virus böhranından sonra dağıdılacaq. Bununla virusun yenidən yayılmasının qarşısı alınacaq. 

Xatırladaq ki, 2003-cü ildə də paytaxt Pekində SARS virusu ilə mübarizə üçün 7 gün ərzində xəstəxana inşa edilmişdi. 

Qeyd edək ki, Çində koronavirus səbəbindən 131 nəfər dünyasını dəyişib.