Koronavirusla mübarizəyə 1 milyarda yaxın pul ayırdı

koronavirusla-mubarizeye-1-milyarda-yaxin-pul-ayirdi
Oxunma sayı: 4266

Tvitterin qurucusu Cek Dorsi COVID-19 koronavirusu ilə mübarizəyə 1 milyard dollara yaxın vəsait ayırdığını açıqlayıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə o, Tvitter hesabında yazıb.

Dorsinin tvitinə əlavə etdiyi cədvəldən aydın olub ki, onun ianəsi 997 818 354 dollar təşkil edib.

Onun sözlərinə görə, pandemiyanın öhdəsindən gəlindikdən sonra, o, diqqətini təhsilə yönəldəcək.