“Aran Azərbaycan MMC” və “Aran” marketlər şəbəkəsi koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.
“Qafqazinfo” xəbər verir ki, şirkətlər Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna birlikdə 10 min manat məbləğində ianə ilə dəstək göstərib.
İanənin ayrılmasında məqsəd koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, ciddi preventiv tədbirlər həyata keçirilməsinə və pandemiyanın dövlətimizin biznes və iqtisadiyyatının bir çox sahələrinə vurduğu ziyanlı təsiri qismən də olsa azaltmağa dəstək olmaqdır.
Biləsuvar rayonunda fəaliyyət göstərən “Aran Azərbaycan MMC” və “Aran” marketlər şəbəkəsi bütün şirkətlərə COVID-19 virusu ilə mübarizə üçün kiçik də olsa, maliyyə yardımı göstərməyə və bu bəladan xilas olmaq üçün dövlətə dəstək olmağa çağırış edib.
Son xəbərlər
Son Xəbərlər