Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər ianə köçürülüb?

Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər ianə köçürülüb?
Oxunma sayı: 6016

Prezident İlham Əliyevin fərmanıyla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə kimi 90 155 635 manat ianə edilib.

"Qafqazinfo" xəbər verir ki, ianələri köçürənlər arasında həm hüquqi, həm də fiziki şəxslər var. Belə ki, Fonda 1068 hüquqi, 2191 fiziki şəxs ianə köçürüb.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu martın 19-da yaradılıb.

Fonda köçürülən vəsaitlər koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və s. yönəldiləcək.