Azərbaycanda fəaliyyət göstərən “City Med” MMC sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.
“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə, şirkət ölkə başçısı cənab İlham Əliyevin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 000 (on min) AZN köçürüb.
Qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edən şirkət bütün vətəndaşları dövlətimizin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.
Son xəbərlər
Son Xəbərlər