Koronavirusla mübarizəyə pul ayıran fanatını filmə çəkir

koronavirusla-mubarizeye-pul-ayiran-fanatini-filme-cekir
Oxunma sayı: 1351

Hollivud ulduzu Leonardo DiKaprio koronavirus pandemiyası ilə mübarizəyə ianə ayıran pərəstişkarlarını sevindirəcək açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, məşhur aktyor instaqramda açıqlama yayaraq virusdan qorunmağa maddi kömək göstərən fanatlarından biri ilə eyni filmdə rol alacağını qeyd edib.

Ekran işi Martin Scorsesenin rejissorluğu ilə çəkiləcək və baş rolda Robert De Niro da yer alacaq. Kinonun adı “Killers of the Flower Moon”dur. Seçilən pərəstişkar qala gecəsində də iştirak etmə şansı əldə edəcək.

Qeyd edək ki, DiKaprio 1 aprel tarixində “#AmericasFoodFund” yaradıb və qısa müddətdə 13 milyon ianə toplayıb.