“Koronavirusu Çinə ABŞ ordusu gətirib”

koronavirusu-cine-abs-ordusu-getirib
Oxunma sayı: 3459

“Koronavirus Uhana ABŞ ordusu tərəfindən gətirilib”.

“Qafqazinfo” xəbər verir ki, belə bir iddia ilə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan tvitter hesabında çıxış edib.

“ABŞ-da ilk xəstə nə vaxt peyda olub? Neçə nəfər yoluxub? Hansı xəstəxanalara yerləşdiriliblər? Yəqin ki, məhz ABŞ hərbçiləri epidemiyanı Uhana gətirib. Dürüst olun! Məlumatları ictimailəşdirin!”,- deyə Litszyan açıqlamasında bildirib.

O, ABŞ hərbi qüvvələrinin köməyi ilə koronavirusun Uhana necə keçə biləcəyi haqda açıqlama verməyib.