Amerikalı alimlər yeni tip koronavirus SARS-CoV-2-nin səkkiz ştammını (alt-tip) təhlil ediblər.
“Qafqazinfo” “The Daily Mail”ə istinadən xəbər verir ki, ştamların arasındakı fərqlərin cüzi olduğu məlum olub.
“Virus çox yavaş sürətlə mutasiya etdiyindən, ştamlar bir-birlərinə çox bənzəyir”,- deyə Kaliforniya Universitetinin professoru Çarlz Çiu bildirib.
Professor həmçinin bildirib ki, zəif mutasiya prosesi bir peyvəndin hazırlanması və tətbiqi, hətta gələcək on il boyunca koronavirusdan qorunmağa kömək edəcək.
Qeyd olunur ki, SARS-CoV-2 virusunun mutasiya sürəti qrip viruslarına nisbətən 8-10 dəfə azdır.
Son xəbərlər
Son Xəbərlər