Koronavirusun daha bir mutasiyası aşkarlandı - Peyvənd olunanlara da yoluxur

koronavirusun-daha-bir-mutasiyasi-askarlandi
Oxunma sayı: 5355

Litvada koronavirusun hələlik adı E848K olaraq müəyyənləşdirilən, daha əvvəl bilinməyən bir mutasiyası aşkarlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Litva Xalq Sağlamlığı Mərkəzi virusa yoluxanlar arasında vaksinasiyadan keçənlərin də olduğunu bildirib.

Məlumata görə, mutasiya ölkənin şimal-şərqində yerləşən Aniksciay bölgəsində 35 nəfərdə tapılıb.

Qeyd olunub ki, bu mutasiyaya yoluxanların xəstəliyi daha ağır keçirməsinə dair məlumat yoxdur, sözügedən ştamm aşkarlanmış şəxslərin üçdə biri artıq sağalıb.

Yerli televiziya kanalı olan LTR onu “Litva mutasiyası” adlandırıb, təhlükəli olmadığını, Norveç və Danimarkada da rast gəlindiyini iddia edib.