Koronavirusun dərmanını tapana 1 milyon verəcək

koronavirusun-dermanini-tapana-1-milyon-verecek
Oxunma sayı: 3332

Tanınmış aktyor Ceki Çan koronavirusa qarşı antidot tapana 1 milyon Çin yuanı (təxminən 243 min manat) verəcəyini elan edib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, aktyor epidemiyanın qarşısının alınması üçün hər şeyi etməyə hazır olduğunu deyib:

“Hansısa şəxsin və ya qurumun dərmanı tapması önəmli deyil. Əgər uğurlu olsalar, 1 milyon yuan verərək təşəkkür etmək istəyirəm. Daha əvvəl basabas olan küçələri boş görmək istəmirəm. Vətəndaşlarımızın həyatdan zövq almalı olduğu bir vaxtda ölümlə mübarizə apardıqlarını görmək istəmirəm”.