Koronavirusun müalicəsi üçün yeni dərman yaradıldı

koronavirusun-mualicesi-ucun-yeni-derman-yaradildi
Oxunma sayı: 3796

ABŞ-ın "Pfizer" şirkəti koronavirusun müalicəsi üçün yeni preparat yaradıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, yeni preparat "Paxlovid" adlanır.

Tibbi sınaqların nəticəsinə görə, "Paxlovid" koronaviruslu şəxslərdə xəstəxanaya yerləşdirilmə və ölüm risklərini 89 faiz azaldır. 

"Pfizer"in yaydığı məlumatda deyilir ki, şirkət "Paxlovid" preparatınınn “mükəmməl effektivliyi” ilə bağlı sınaqları başa çatdırır və məlumatları ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə Sanitar Nəzarət İdarəsinə (FDA) ötürməyə başlayır.