“Koronavirusun müalicəsində antibiotiklərdən istifadə olmaz” - Rəsmi

koronavirusun-mualicesinde-antibiotiklerden-istifade-olmaz
Oxunma sayı: 2423

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus xəstəliyinin profilaktikası və müalicəsi üçün antibiotiklərin effektivliyi ilə bağlı sualı cavablandırıb. 

“Qafqazinfo” xəbər verir ki, Agentliyin sosial şəbəkədəki hesabında qeyd olunub ki, antibiotiklər virusa təsir etmir, onlar yalnız bakterial infeksiyalara qarşı təsirlidir: 

“COVID‑19 virus təbiətli olduğundan antibiotiklər qeyri-effektivdir.

Koronavirusun profilaktikası və müalicəsi üçün antibiotiklərdən istifadə etmək olmaz. Onlardan istifadəyə yalnız həkimin göstərişi əsasında bakterial infeksiyanın müalicəsi üçün yol verilir”.