Koronavirusun yeni mutasiyası infeksiya riskini artırıb

koronavirusun-yeni-mutasiyasi-infeksiya-riskini-artirib
Oxunma sayı: 2117

ABŞ alimlərinin apardığı son tədqiqata görə koronavirusun xüsusi mutasiyası onun hüceyrələri yoluxdurma potensialını artırıb.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu tədqiqat epidemiyanın daha əvvəl başladığı bir çox ölkələrdə itkilərin niyə daha az olmasını izah edir.

Alimlərin sözlərinə görə, “D614G” adı verilən mutasiya koronavirusun tacı boyu yerləşən iynələrin sayını artırıb. Bu iynələr koronavirusun hüceyrələrə yapışmasına və beləliklə onları yoluxdurmasına imkan verir.

“Mutasiya səbəbindən bu iynələrin sayı və sıxlığı 4-5 dəfə artıb”,- deyə araşdırmanın müəlliflərindən bir olan Hyeryun Ço bildirib.

Eyni zamanda tədqiqatçılar qeyd ediblər ki, bu mutasiyanın xəstəliyin ölüm riskini artırıb- artırmadığı hələ ki, bilinmir.