Koronavirus artıq 203 ölkəyə yayılıb - Son rəqəmlər+Video

koronavirus-artiq-203-olkeye-yayilib
Oxunma sayı: 3776

Səhiyyə Təşkilatının son statistikasına görə, bu saata qədər daha 3 ölkədə koronavirus aşkarlanıb. Beləliklə, dünyanın 203 ölkəsində 860 184 nəfər koronavirusa yoluxub. 

Azərbaycanda isə 267 nəfər aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərinki isə orta ağırdır. İndiyə kimi 5 nəfər virus səbəbindən həyatını itirib, 26 nəfər isə sağalaraq evinə geri dönüb.

ABŞ virusun yayılma sürətinə görə birinci yerdə qalır. Ölkədə 177 286 aktiv  xəstə var. İtaliyada xəstəliyə yoluxanların sayı 100 mini ötüb, ölənlərin sayı isə 16 minə çatır. Artıq İspaniya da koronavirusa yoluxma sayına görə Çini qabaqlayıb: 96 min. 

Qonşu Türkiyədə yoluxma sayı artıq 10 mini ötüb. Son bir sutka ərzində 2704 yeni yoluxma halı aşkarlanıb.

“Qafqazinfo” qlobal pandemiya adlandırılan koronavirusun hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı növbəti ənənəvi videoçarxı hazırlayıb. 

Sözügedən videoçarxı təqdim edirik: