“Körpəmi elə bu torpaqlarda dünyaya gətirəcəyəm...”

korpemi-ele-bu-torpaqlarda-dunyaya-getireceyem
Oxunma sayı: 5684

Ana olmaq üçün günləri sayan məşhur türkiyəli aktrisa Neslihan Atagül hamiləliyindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, 2016-cı ildən həmkarı Kadir Doğulu ilə evli olan 32 yaşlı aktrisa öncədən oğlu olacağını hiss etdiyini, lakin həyat yoldaşının qızının olmasını arzuladığını bildirib.

Adla bağlı hələ yekun qərar vermədiklərini söyləyən Neslihan, həmçinin qeyd edib ki, körpəsini elə Türkiyədə dünyaya gətirəcək: “Bu torpaqları çox sevdiyim üçün uşağımı elə burada dünyaya gətirəcəyəm. Normal doğuş istəyirəm. Doğuşdan sonra bir müddət işimə fasilə verə bilərəm, amma uşaq bir az böyüyəndə, əlbəttə ki, çəkilişlərə qayıdacağam. Çünki işimi böyük sevgi ilə görürəm”.