Körpüdə baş verən qəza tıxaca səbəb oldu

korpude-bas-veren-qeza-tixaca-sebeb-oldu
Oxunma sayı: 2173

Bir qədər əvvəl Ziya Bünyadov prospekti (Çermet körpüsünün üzərində) metronun “Koroğlu” stansiyası istiqamətində yol nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo" bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Feysbuk hesabında məlumat verib.  

Onun sözlərinə görə, bu səbəbdən də qeyd edilən yolda sıxlıq yaranıb. Sıxlıqla əlaqədar Ziya Bünyadov prospektindən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr yaranıb. Yolda hərəkətin bərpası üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.