Korrupsiya ilə mübarizə üçün “Qaynar xətt” yaradıldı

korrupsiya-ile-mubarize-ucun-qaynar-xett-yaradildi
Oxunma sayı: 3454

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin korrupsiya ilə mübarizə işləri çərçivəsində “Qaynar xətt”i (012 525 55 45 (Daxili nömrə - 1) fəaliyyətə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, vətəndaşlar Xidmətin əməkdaşlarına aid hər hansı korrupsiya hüquqpozmaları ilə rastlaşdıqları halda bu barədə iş saatları ərzində (09:30-18:30) həmin “Qaynar xətt”ə, həmçinin, [email protected] ünvanına müraciət edə bilərlər. 

Bildirilib ki, daxil olan bütün müraciətlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə hərtərəfli, tam və obyektiv araşdırılacaq. Müraciətlər üzrə görülmüş tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək.