Korrupsiyaya qarşı planın 64 faizi icra edilib

korrupsiyaya-qarsi-planin-64-faizi-icra-edilib-
Oxunma sayı: 735


“Qafqazinfo”nun məlumatına görə, o vurğulayıb ki, hesabat dövründə Bakıda 4-cü ASAN Xidmət mərkəzinin yaradılması ilə Bakı rayonlarının qeydiyyatı ilə bağlı məhdudiyyət aradan qalxıb: “Bundan başqa fevral ayında prokurorluq haqqında qanuna dəyişiklik edildi. Bununla da Korrupsiyaya qarşı Mübarizə İdarəsi baş idarə statusunu aldı. 

May ayından başlayaraq ictimai iştirakçılıq haqqında qanun qüvvəyə mindi ki, bu da QHT-lər  və onların qanunların qəbul olunmasında iştirakı üçün əhəmiyyət kəsb edir. Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetinin rəhbərlik müddətinin başlaması və fəaliyyəti ərzində korrupsiyayla mübarizənin prioritet olacağı vurğulandı. Bu da korrupsiyayla mübarizədə olan iradənin göstəricisidir”. 

Vüsal Hüseynov vurğulayıb ki, idarənin əsas fəaliyyət istiqamətlərindən biri də korrupsiyaya qarşı mübarizə üzrə həyata keçirilən fəaliyyət planlarını qiymətləndirməkdir: “Azərbaycanda 2012-ci ildən başlayaraq iki illik fəaliyyət planı mövcuddur. Bunlar açıq hökumətin tətbiq edilməsi və korrupsiyaya qarşı mübarizə planlarıdır. Qiymətləndirmənin nəticəsinə görə bu fəaliyyət planı 64% icra edilib. Fəaliyyət planlarında müxtəlif qurumlar üçün konkret vəzifələr müəyyən edilib. Bu o deməkdir ki, qurumlar tərəfindən informasiyaların əlçatanlığı, vətəndaşların qəbulu, maliyyə şəffaflığının təmin edilməsi üzrə tədbirlər həyata keçirilib. Məsələn, 88% dövlət qurumları öz fəaliyyətləri ilə bağlı məlumatları internet səhifələrində yerləşdirirlər. Əgər biz 2011-ci ildə dövlət qurumlarının internetə səhifələrinin yaradılmasını tələb edirdiksə, indi aşkar edirik ki, dövlət qurumları fəaliyyətləri barədə məlumatları internet səhifələrində dərc edirlər”. 

Korrupsiyaya qarşı mübarizə komissiyanın sifarişi ilə sorğu keçirilib və  ilkin nəticələrə görə vətəndaşlar gündəlik həyatlarında bunun müsbət nəticəsini hiss edir.