“Korset bədənimi bu hala saldı” - Foto

“Korset bədənimi bu hala saldı”
Oxunma sayı: 5728

Müğənni Samirə Əfəndi “Mata Hari” adlı “Avroviziya” layihəsinin klip çəkilişində üzləşdiyi çətinliklərdən danışıb.

“Qafqazinfo” xəbər verir ki, sənətçi Avropada məşhur olan “Wiwibloggs”a onlayn qonaq olarkən geyiminin çox narahat olduğunu, korsetin ona problem yaratdığını bildirib:

“Klip çəkilişi zamanı korset məni çox incitmişdi. İzlər bədənimdə qalmışdı. Amma düşünürəm ki, səhnədə daha rahat və yaxşı hərəkət edə biləcəyim bir geyim olacaq.

Nə geyinəcəyim barədə qəti qərara gəlməmişik. Əlimizdə bir neçə eskiz var. Hələ ki, fikrimiz bir geyimdə cəmləşməyib. Rəqqasələr klipdə yer alan xanımlar olacaq. Səhnədə rəngarənglik olacaq”.