“Muhteşem Yüzyıl-Kösem”i ərsəyə gətirən TİMS şirkəti serialda işçilərin qovulması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, şirkət artıq məsələ ilə bağlı məhkəməyə müraciət edəcəklərini bildiriblər:
“Muhteşem Yüzyıl- Kösem” serialının aktyorları və texniki işçiləri ilə bağlı bəzi mətbuat orqanlarında əsassız xəbərlər dərc edilib. Qeyd olunub ki, guya reytinq böhranı ilə bağlı bir çox işçilər vəzifələrindən azad olunub. Belə xəbərlərin məzmunundakı məlumatlar reallığı əks etdirmir.
Bizim çəkiliş qrupumuzda dəyişiklik baş verməyib. Bizi etibarsız qurum kimi qələmə verənləri məhkəməyə verəcəyik”.
Qeyd edək ki, ötən gün serialda texniki heyətin işdən kütləvi şəkildə çıxarılması barədə xəbər yayılmışdı.
Son xəbərlər
Son Xəbərlər