“Kösem”ə görə müalicəsini dayandırdı

koseme-gore-mualicesini-dayandirdi
Oxunma sayı: 2771

İki il əvvəl Los-Angelesdə ailə quran Beren Saata TİMS şirkəti qadağa qoyub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Muhteşem yüzyıl : Kösem” serialının baş rol ifaçısı ana olmaq üçün aldığı müalicəni dayandırıb.

Hər bölüm üçün 90 min türk lirəsi alan aktrisaya xəbərdarlıq olunub:

“Bu vəziyyət bizim işimizi çətinləşdirə bilər. Müalicəyə sonra davam edərsən”.

Bunun qarşısında bir xeyli kədərlənən Beren Saat müalicəsini müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalıb.