Model-aktrisa Ayça Kuru “Muhteşem Yüzyıl – Kösem” serialının heyətinə daxil olub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa Ekin Koç, Beren Saat, Hülya Avşar, Mete Horozoğlu və Vildan Ayasever kimi ulduzlarla eyni serialda rol alacaq.
Ayça Kuru Gülbahar sultan obrazını canlandıracaq.
Aktrisa Sultan Əhmədin sayca 3-cü həyat yoldaşı və 10 yaşlı Bəyazidin anası rolu ilə ekranlarda görünəcək.
“İnsanların maraqlı izlədiyi bir tarixi serialda rol almaq məni qürurlandırdı”,- deyə aktrisa mözvu ilə bağlı açıqlama verib.











Son xəbərlər
Son Xəbərlər