“Muhteşem Yüzyıl:Kösem” serialının reytinqi artıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, serialın 14-cü bölümü tamaşaçıların rəğbətini qazanıb.
Tarixi layihə AB qrupunda 2-ci sırada, ABC1 qrupunda 4-cü, Total siyahısında isə 16-cı sırada öz yerini alıb.
Qeyd edək ki, serialı ərsəyə gətirən “TİMS” şirkəti reytinq səbəbindən aktrisa Beren Saatı 2 bölüm qabaq tamaşaçılar qarşısına çıxarmışdı. Beren Saatın yer aldığı ilk bölüm 9 pillə irəliləmişdi.
Lakin serialın sonuncu bölümləri reytinq baxımından yenidən geriləməyə başlamışdı.
Son xəbərlər
Son Xəbərlər