Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan dəmir konstruksiyadan ibarət köşkün içərisinə yığılmış taxtalar 4 kv.m sahədə yanıb.
Köşkün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər