Kosmik Araşdırmalar Mərkəzində yanğın - 3 alim öldü

kosmik-arasdirmalar-merkezinde-yangin
Oxunma sayı: 1140

İranın paytaxtı Tehranda Kosmik Araşdırmalar Mərkəzində güclü yanğın olub.

“Qafqazinfo”nun “ISNA” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 alim həlak olub.

İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cehromi yanğının Tehranın mərkəzində yerləşən Kosmik Nəqliyyat Sistemləri İnstitutunun nəzdində yerləşən Kosmik Araşdırmaları Mərkəzində baş verdiyini bildirib.

Nazir yanğının hansı səbəbdən baş verdiyini və ölənlərin adlarını açıqlamayıb.