Kosmik turistlərdən tarixdə bir ilk - Video

kosmik-turistlerden-tarixde-bir-ilk
Oxunma sayı: 1862

Astronavtika sahəsində tarixi hadisə baş verib. Belə ki, mülki şəxslər ilk dəfə olaraq kosmik gəmidən kənara çıxıblar. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “SpaceX” məlumat yayıb. 

Bildirilib ki, bu, 700 kilometr yüksəklikdə Yer orbitində “Polaris Dawn” missiyası zamanı baş verib.

“SpaceX Crew Dragon” gəmisində “Polaris Dawn” kommersiya missiyası zamanı komandir, milyarder  Kared Ayzekman və missiya mütəxəssisi Sara Gillisin təmsil etdiyi ekipaj üzvləri açıq kosmosa çıxışı uğurla həyata keçiriblər.

Onlar kosmosda bir neçə dəqiqə vaxt keçirib daha sonra geri qayıdıblar.

Qeyd edək ki, kosmik gəmi sentyabrın 10-da havaya qalxıb.