“Kosmos sahəsində Azərbaycanla əməkdaşlıq edəcəyik” - Türkiyəli nazir

“Kosmos sahəsində Azərbaycanla əməkdaşlıq edəcəyik”
Oxunma sayı: 722

“Azərbaycanla çox ciddi bir işbirliyimiz var. Xüsusilə kosmos sahəsində Azərbaycanın qabiliyyətini, imkanlarını genişləndirə biləcəyimizə inanırıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin sənayə və texnologiya naziri Mustava Varank jurnalistlərə açıqlamasında deyib.

“Peyk istehsalı, Azərbaycanın ehtiyacları ilə bağlı hər zaman dəstək verməyə hazırıq. Biz Türkiyədə nə varsa, hansı qabiliyyət, imkanlar varsa, bunu azərbaycanlı qardaşlarımızla bölüşəcəyik və bölüşməyə davam edəcəyik”, - deyə nazir qeyd edib.

Eldar Tanrıverdi