Kosta Rika 1/4 finalda- - Yenilənib

kosta-rika-14-finalda-
Oxunma sayı: 2499


"Qafqazinfo" xəbər verir ki, çempionatın sürpriz komandası Kosta Rika cansıxıcı, təsadüfi nəticələr komandası Yunanıstanla qarşılaşır. Kosta Rikanın mərhələ adlayacağı gözlənilsə də, bura qədər gəlməyi də böyük uğurdur.

Kosta Rika - Yunanıstan matçının ilk hissəsi qolsuz bərabərliklə başa çatıb: 0-0 

***

52-ci dəqiqədə Brayn Ruiz Kosta Rikanı hesabda önə keçirir.

**

Son saniyədə Sokratis Papasdapulos Yunanıstanın bərabərlik qolunu vurub: 1-1 

Əgər son saniyələrdə qol olmasa, oyuna 30 dəqiqə əlavə vaxt artırılacaq.

***

Kosta Rika penaltilərdə 4-3 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə komandanın rəqibi Hollandiya olacaq.

İqbal