Kosta Rika 4 qat dünya çempionunu məğlub etdi- - Yenilənib

kosta-rika-4-qat-dunya-cempionunu-meglub-etdi-
Oxunma sayı: 1213


"Qafqazinfo" xəbər verir ki, hər iki komanda ilk iki matçında qələbə qazandığından bu oyunda əldə olunacaq 3 xal play-Off mərhələsinə vəsiqəni təmin edəcək .Matç "Pernambukano" stadionunda keçirilir. Görüşü Çilidən olan Enrike Osses idarə edir. Komandaların start heyətləri belədir;

İtaliya: Buffon, Çellini, Darmian, Motta, Kandreva, Abate, Marçisio, Balotelli, Barzagli, Rossi, Pirlo

Kosta-Rika: Navas, Qonzales, Umana, Borges, Duarte, Bolanos, Kempbell, Ruis, Dias, Gamboa, Tjeda

***

İlk 30 dəqiqədən sonra görüşdə hesab açılmayıb

***

44-cü dəqiqə Brayn Ruiz Kosta Rikanı hesabda önə keçirən qol vurur. Qol epizodundan  bir neçə dəqiqə əvvəl görüşün baş hakimi Kosta Rikanın lehinə açıq-aşkar görülən penaltini vermədi.

***

75 dəqiqənin tamamında İtalyanların 1-0 hesablı məğlubiyyəti davam edir.

***

Kosta Rika İtaliyanı 1-0 hesabı ilə məğlub edərək xallarınınsayını 6-ya yüksəltdi və play-offa vəsiqə qazandı

İqbal