Koutinyo yenidən İngiltərədə

koutinyo-yeniden-ingilterede
Oxunma sayı: 1593

“Barselona”nın braziliyalı futbolçusu Filip Koutinyo İngiltərə klubunda çıxış edəcək.

“Qafqazinfo” xəbər verir ki, İspan klubu onu mövsümün sonuna qədər “Aston Villa”ya icarəyə verib. 

Həmçinin müqavilədə mövsümün sonunda satınalma bəndi yer alıb. 

Qeyd edək ki, Koutinyo 2013/2018-ci illərdə İngiltərənin digər təmsilçisi “Liverpul”da çıxış edib.