“Kәpәz” dayandı - Yenilənib+Video

kpz-dayandi
Oxunma sayı: 3378

Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

"Qafqazinfo" xəbər verir ki, ölkəmizi turnirdə təşkil edən "Kəpəz" bu gün növbəti matçını keçirəcək. Gəncə təmsilçisi evdə Avstriyanın "Admira" klubunu sınağa çəkəcək. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan Şahin Diniyevin komandası həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində Çexiyanın "Slovan" klubu ilə qarşılaşacaq.

20 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu

20:00. "Kəpəz" (Azərbaycan) - "Admira" (Avstriya)
İlk oyun: 0 - 1
Baş hakim: Vitali Meşkov
Yan xətt hakimləri: Valeri Dançenko və Maksim Qavrilin
Dördüncü referi: Mixail Vilkov (hamısı Rusiya)
Bakı. "Dalğa Arena".

***

Oyun başladı.

***

Oyunun 17-ci dəqiqəsində "Kəpəz" qapsında qol gördü. Knasmülnerin qolu ilə "Admira" irəlidədir. 

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

Oyunun 76-cı dəqiqəsində Şmidt komandasının ikinci qolunu vurur. Hesab 2:0 "Admira"nın xeyrinədir. 

***

Oyun "Kəpəz"in 0:2 hesablı məğlubiyyəti ilə başa çatdı.