Kral ailəsi ilə bağlı xəbərdə səhv edənlər işdən çıxarıldı

kral-ailesi-ile-bagli-xeberde-sehv-edenler-isden-cixarildi
Oxunma sayı: 1541

İspaniyanın dövlət televiziyası olan RTVE kraliyyət ailəsi ilə bağlı bir xəbərdə istifadə edilən və mübahisələrə yol açan alt yazıya görə məsuliyyət daşıyan şəxslərin işdən çıxarıldığını açıqlayıb.

“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, parlamentli monarxiya ilə idarə olunan İspaniyada taxtın varisi Şahzadə Leonorun gələn ilin əvvəlində təhsil üçün Uelsə gedəcəyinin açıqlandığı xəbərin verilmə şəkli mübahisələrə səbəb olub.

Verilişdə haqqındakı korrupsiya iddialarına görə ötən ilin avqustunda İspaniyanı tərk edərək, Birləşmiş Ərəb Əmirliklərinə gedən keçmiş kral Xuan Karlos ilə Şahzadə Leonorun təhsil üçün Uelsə getməsi bir-biri ilə əlaqələndirilib.

“Leonor, babası kimi İspaniyadan gedir”, - proqramda deyilib.

Telekanal rəhbərliyi bunu böyük bir xəta olaraq dəyərləndirib və müvafiq şəxslər vəzifələrindən azad olunublar.