Britaniya şahzadəsi Harri və onun həyat yoldaşı, amerikalı Meqan Markl onlara Sasseks hersoq və hersoqinyası statuslarına görə təyin edilən maliyyə imtiyazından imtina etdikdən sonra daha bir önəmli addım atıblar.
“Qafqazinfo” “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, Meqan Markl ötən gün Kanadaya, 8 aylıq oğlu Arçinin yanına qayıdıb.
Cütlüyə yaxın mənbənin nəşrə verdiyi məlumata görə, onlar 7 həftə Vankuverdə istirahət edib və Markl uzun müddət Londona dönməyi planlaşdırmayıb.
Qəzet yazır ki, Arçi valideynlərinin səfəri zamanı Kanadada dayəsi və Meqanın yaxın rəfiqəsi ilə birlikdə qalıb.
(1).jpg)
Sasseks hersoginyası cütlük müstəqil yaşamaq qərarını elan etdikdən bir neçə saat sonra Londondan Kanadaya uçub. Nəşr iddia edir ki, Markl yaxın gələcəkdə Böyük Britaniyaya qayıtmağı planlaşdırmır.
“Daily Mail”in yazdığına görə, Harri həyat yoldaşı ilə birgə Kanadaya getməyi planlaşdırsa da gələn həftə tədbirdə iştirak etməli olduğundan Britaniyada qalmalı olub.
Öz növbəsində, “Times” qəzeti qeyd edir ki, Harrinin atası Şahzadə Çarlz oğlu və onun həyat yoldaşı kral ailəsi üzvlərinin vəzifələrini yerinə yetirməkdən tamamilə imtina edərsə, maliyyələşdirməni dayandıra bilər.
Qeyd edək ki, kral ailəsinin üzvləri arasında uzun müddətdir ki, gərginliyin olduğuna dair məlumatlar KİV-də geniş yayılıb. Hətta, kraliça II Yelizavetanın xalqı Milad bayramı münasibətilə təbrik fotosunda masa üzərində Harri ilə Marklın və Arçinin şəklinin yer almaması müzakirələrə səbəb olmuşdu.

Son xəbərlər
Son Xəbərlər