Kral ailəsindən olan ən dəbli qadının adı açıqlandı

kral-ailesinden-olan-en-debli-qadinin-adi-aciqlandi
Oxunma sayı: 2997

Məşhur “Tatler” jurnalı Britaniya kral ailəsindən olan ən dəbli qadını seçib.

“Qafqazinfo” xəbər verir ki, müvafiq məlumat moda nəşrinin saytında yer alıb.

O, 2011-ci ildə şahzadə Uilyam və Keyt Middltonun toyunda qeyri-adi şlyapasına görə zarafatlara səbəb olmuş II Yelizavetanın nəvəsi şahzadə Beatris olub.

Bu hadisədən sonra şahzadə qarderobunu yenidən nəzərdən keçirdi və daha zərif paltarlar daxil etdi. Belə ki, o, It-girl, Self Portrait, Beulah, The Vampire's Wife, Reem Acra, Monique Lhuillier kimi brendlərin çeşidinə üstünlük verərək vintage üslubda ətək və gödəkçələr seçməyə başladı.