Kral ailəsini tənqid edən tələbələrə- - Həbs cəzası

kral-ailesini-tenqid-eden-telebelere-
Oxunma sayı: 1514


“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, tələbələr Thammasat Universitetindəki  teatr səhnəsində “Qurd gəlin” tamaşasını qurublar. Ssenaridə krallıq ailəsinə qarşı satirik ifadələrdən istifadə olunub, bu səhnə tələbələrə baha başa gəlib.

23 yaşlı Patiwat Saraiyaem və 26 yaşlı Pornthip Munkong adlı iki tələbə 5 il həbs edilib, onların etdikləri səhvi anladıqları üçün cəzaları yüngülləşdirilib. Tələbələrin hər ikisi ayrı-ayrılıqda 2 il, 5 ay həbxanada qalmalı olacaqlar. 

Qeyd edək ki, Tayland qanunlarına görə, krallıq ailəsinə qarşı hər hansı mənfi və ya tənqid yönümlü ifadələrin işlədilməsi qanun pozuntusu hesab edilir. Həmin şəxslərə 3-16 il arası həbs cəzası verilir.