Kral ailəsinin gəlini donu ilə diqqət çəkdi - Foto

kral-ailesinin-gelini-donu-ile-diqqet-cekdi
Oxunma sayı: 4354

Xəbər verdiyimiz kimi, İngiltərə kral ailəsinin gəlini Keyt Middlton həyat yoldaşı şahzadə Uilyamla birlikdə Hindistanda səfərdədir.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, hər zaman zövqlü geyimi ilə seçilən Middlton bu dəfə də rəngli etnik libası ilə diqqət mərkəzində olub. Maraqlısı budur ki, gələcək İngiltərə kraliçasının geyimi Mumbaydakı atelyelərin birində hazırlanıb. Libası hazırlayanlardan biri Babita Sabatha dostlarından bunu eşidən zaman Kate Middltonu tanımayıb. Tikdiyi paltarı kral ailəsi üzvünün geyindiyini biləndə isə çox sevinib:

“Mənim aylıq məvacibim belə geyimləri almağa yetməsə də, əl əməyimizin dünyanın müxtəlif ölkələrində satılması qürurvericidir. Onun kimi bir qadının bizim tikdiyimiz libası geyməsindən isə qürur duyuruq”.

Qeyd edək ki, aylıq gəliri 163 manat (75 funt-sterlinq) olan atelye işçisi bu hadisədən sonra medianın marağına səbəb olub və bir gündə həyatı dəyişib.

Günal Hacı