Kral baş məşuqəsinin bütün rütbələrini əlindən aldı

kral-bas-mesuqesinin-butun-rutbelerini-elinden-aldi
Oxunma sayı: 5537

Tailand kralı Maha Vajiralonqkorn “kraliça” elan etdiyi məşuqəsi Sineenat Vonqvajirapakdinin bütün rütbələrini əlindən alıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kralın 34 yaşlı baş məşuqəsinin acgöz davrandığı, statusundan öz mənfəəti üçün yararlandığı və davranışlarında hörmətsizliyə yol verdiyi bildirilir. Bu səbəbdən 67 yaşlı kral “monarxiyaya sədaqətsizlik” ittihamı ilə Vonqvajirapakdinin general-polkovnik rütbəsini belə əlindən alıb.

Qeyd edək ki, pilot, tibb bacısı və cangüdən olan Sineenat kralın 5-ci arvadıdır.

Vajiralonqkorn atasının ölümündən sonra 2016-cı ildə taxta çıxıb.