Britaniya monarxı III Çarlz ayağındakı deşilmiş corabı ilə gündəmə gəlib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya Kralı həyat yoldaşı Kamilla ilə Londondakı tarixi “Brick Lane” məscidini ziyarət edib.
Monarx məscidə girən zaman ayaqqabılarını çıxarmalı olub. Bu zaman onun corabları diqqət çəkib və kameralara düşüb.
Sözügedən foto sosial mediada sürətlə yayılıb.
Bir çox izləyici fotoya zarafatla Çarlzın “eyni bizim kimi” olduğunu, “kralın ayaq dırnaqlarını kəsən şəxs ölümə məhkum edilməlidir”, - kimi rəylər yazıb.

Son xəbərlər
Son Xəbərlər