Kral III Çarlz 85 il öncə hazırlanan tacı qoyacaq

kral-iii-carlz-85-il-once-hazirlanan-taci-qoyacaq
Oxunma sayı: 2638

Hazırda dünyanın əsas diqqətində olan məsələlərdən biri də Kral III Çarlzın tacqoyma mərasimidir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kral  6 may tarixində 2868 almaz, 17 sapfir, 11 zümrüd və 269 mirvari ilə bəzədilmiş imperator tacını taxacaq.

Həmin tac 1937-ci ildə VI George üçün hazırlanıb.

Kral həmçinin, mərasim zamanı üzərində Müqəddəs Georgi xaçı olan üzükdən də istifadə edəcək.

Kraliça Kamilla isə 1911-ci ildə hazırlanmış Kraliça Məryəm tacını taxacaq.