Kral Salman ABŞ-a gedir- - İlk dəfə

kral-salman-abs-a-gedir-
Oxunma sayı: 1027


“Qafqazinfo” xəbər verir ki, bu haqda Ağ Ev məlumat yayıb.

Verilən məlumata görə, prezident Barak Obama sentyabrın 4-də Kral Əbdüləzizlə Ağ Evdə görüşəcək. 

Ağ Evin mətbuat katibi Josh Earnest görüşün bəzi detallarını açıqlayıb:

"Kralın taxta çıxmasından sonrakı ilk Washington ziyarəti ABŞ və Səudiyyə Ərəbistan arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayır. Başçı və Kral təhlükəsizlik və terrorla mübarizə səyləri barədə müzakirə aparacaq”.

Earnest iki liderin görüşdə Yəmən və Suriyadakı qarşıdurmalar və İranın sabitliyi pozan hərəkətləri ilə mübarizə üçün atılan addımları da gündəmdə saxlayacaqlarını bildirib.

“Qafqazinfo”