Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud Türkiyəyə rəsmi səfərə gələcək.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, kral prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 11-13 aprel tarixlərində Türkiyəyə səfər edəcək.
Ərəbistan kralı Ankarada rəsmi görüşlərdən sonra 14-15 aprel tarixlərində İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının 13-cü İslam zirvəsinə qatılacaq.
Son xəbərlər
Son Xəbərlər