Kral Salmandan gözlənilməz hərəkət - Videosu 2 milyon izləndi

kral-salmandan-gozlenilmez-hereket
Oxunma sayı: 4336

Səudiyyə Ərəbistanı kralı Salman Əbdüləziz əl Suudi gözlənilməz addım atıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kral rəsmi görüşlər üçün getdiyi Asiya turu çərçivəsində Malayziyada baş nazirlə selfi, İndoneziyada isə prezident Joko Vidodo ilə birgə video çəkib.

İndoneziya lideri kralla birgə çəkdiyi videonu sosial şəbəkədə paylaşıb. Video 2 milyon 400 min insan tərəfindən izlənilib, 86 min nəfər tərəfindən isə paylaşılıb.

Daha əvvəl isə kral Salmanın Malayziya baş naziri ilə birgə selfisi yayılmışdı.