Kral Salmandan İlham Əliyevə təbrik

kral-salmandan-ilham-eliyeve-tebrik
Oxunma sayı: 1341

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik.

Zati-alinizə hörmət və ehtiramla,

Qardaşınız,

Salman bin Əbdüləziz Al Səud

İki Müqəddəs Ocağın Xadimi,

Səudiyyə Ərəbistanının Kralı”