Kral Sarayında 28 May - Respublika Günü

kral-sarayinda-28-may-respublika-gunu-
Oxunma sayı: 1392


Səfirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, bununla əlaqədar Kral Sarayının Balova zalında "Azərbaycan muğamı" adlı konsert olub. Azərbaycandan dəvət olunmuş xanəndələrin ifasında muğam xəzinəmizin nümunələri qonaqlara təqdim edilib. Xanəndələrin ifasında səsləndirilən "Bayatı Şiraz", "Sarı gəlin" və "Qarabağ şikəstəsi" qonaqlar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tədbirdə hökumət nümayəndələri, XİN-in yüksək səviyyəli əməkdaşları, Polşada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, iş adamları, jurnalistlər, ümumilikdə 400 nəfər iştirak ediblər.

Sonda Kral Sarayında Respublika Günü münasibətilə ziyafət verilib.