Kral səlahiyyətlərindən imtina etdikdən sonra ilk dəfə... - Fotolar

kral-selahiyyetlerinden-imtina-etdikden-sonra-ilk-defe
Oxunma sayı: 3627

40 yaşlı Meqan Markl və 37 yaşlı şahzadə Harri kral səlahiyyətlərindən imtina etdikdən sonra ilk dəfə ictimaiyyət arasına çıxıb. 

“Qafqazinfo” “Spletnik.ru”ya istinadən xəbər verir ki, cütlük ABŞ Veteranlar Günü münasibətilə Nyu-Yorkda keçirilən qala gecədə qonaq olub. 

Sasseks hersoqinyası tədbirə “Carolina Herrera”dan qırmızı donda və “Giuseppe Zanotti”dən ayaqqabıda qatılıb. Markl obrazını ərinin mərhum anası Dianaya məxsus olmuş brilliant qolbaqla tamamlayıb.