Kral tacqoyma mərasimində nə üçün 700 yaşlı kresloda əyləşmək istəyir? - Fotolar

kral-tacqoyma-merasiminde-ne-ucun-700-yasli-kresloda-eylesmek-isteyir
Oxunma sayı: 3979

Kral III Çarlzın mayın 6-sı tacqoyma mərasimində əyləşmək istədiyi 700 illik kresloda ciddi bərpa işləri aparılır.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, tacqoyma kürsüsü kimi tanınan qədim taxt əsrlər boyu ingilis tac mərasimlərində istifadə olunub.

VIII Henrix, I Karl, Kraliça Viktoriya və mərhum Kraliça II Elizabetin tac mərasimlərində istifadə olunan palıd kreslonun təxminən 1300-cü ildə hazırlandığı güman edilir. Qızıl yarpaqla örtülmüş stul rəngli şüşələrlə, həmçinin I Edvardın ustad rəssamı tərəfindən çəkilmiş quşların, yarpaqların və kralın naxışları ilə bəzədilib.

Qeyd edək ki, kürsü sonuncu dəfə 18-ci əsrdə yenilənib.